Sinqapurda ABŞ və KXDR nümayəndə heyətlərinin görüşü keçiriləcək

Sinqapurda ABŞ və KXDR nümayəndə heyətlərinin görüşü keçiriləcək
# 10 iyun 2018 19:38 (UTC +04:00)

İyunun 11-də Sinqapurda ABŞ və KXDR nümayəndə heyətlərinin görüşü keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

“Sabah səhər saatlarında ABŞ-ın Filippindəki səfiri Sun Kimin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreya Koreya rəsmiləri ilə görüşəcək”, deyə S.Sanders qeyd edib.

Onun sözlərinə görə, Sinqapura gəldikdən sonra ABŞ prezidenti Donald Tramp vaxtını əməkdaşları ilə keçirib, müvafiq sənədlərlə tanış olub. ABŞ prezidentini Sinqapura səfərdə dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik üzrə müşavir Con Bolton və Ağ Ev aparatının rəhbəri Con Kelli müşahidə edir.

Xatırladaq ki, D.Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurda Sentos adasındakı "Capella" otelində görüş keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR