Yaponiyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Yaponiyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb  - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2018 02:48 (UTC +04:00)

Yaponiyanın Okinava adası yaxınlığında qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin pilotu xilas edilib.

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Məlumata əsasən, pilot ağır xəsarətlər alıb.

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Okinava adasının inzibati mərkəzi Naxa şəhərindən 80 km cənubda okeana düşüb.

***

03:42

Yaponiyanın Okinava adası yaxınlığında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarəsi dənizə düşüb.

APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.

Məlumata əsasən, katapult edən pilotun taleyi hələ ki, məlum deyil. Qırıcının Okinava adasında yerləşən, ABŞ-a məxsus “Kadena” bazasından havaya qaldığı bildirilir.

“Kadena” ABŞ Hərbi-Hava Qüvvələrinin ölkə xaricində yerləşən ən iri bazalarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR