Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində dəyişiklik ediləcək

Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində dəyişiklik ediləcək
# 11 iyun 2018 10:43 (UTC +04:00)

"Qarşıdakı aylarda nəqliyyatın intensivliyinin azalması nəzərə alınaraq Tbilisi prospekti, Yusif Səfərov küçəsində 3-cü, 4-cü mikrorayon dairələri ətrafında yol hərəkətini təşkili ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur".

"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

“Bütün bu görülən işlərdə xüsusi önəm verilən məqam ondan ibarətdir ki, piyadaların, ümumiyyətlə hərəkət iştirakçılarının təhlükəsizliyi maksimum dərəcədə təşkil olunsun və paytaxtın yolları hər kəs üçün rahat olsun”, - deyə M.Ağayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR