Berlində “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB

Berlində “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2018 23:21 (UTC +04:00)

Berlində Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar 5 saata yaxın davam edib.

Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra nazirlər işçi şam yeməyi formatında müxtəlif məsələləri müzakirə ediblər.

***

21:44

Berlində Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü keçirilir.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov, Hayko Maas, Jan-İv Le Drian və Pavel Klimkin arasında keçirilən danışıqların gündəliyi açıqlanmır.

Görüş bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, “Normand dördlüyü” XİN rəhbərlərinin sonuncu görüşü 2017-ci ilin fevralında baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR