Gürcüstan hökumətinin tərkibində dəyişikliklər planlaşdırılmır

Gürcüstan hökumətinin tərkibində dəyişikliklər planlaşdırılmır
# 12 iyun 2018 16:35 (UTC +04:00)

Gürcüstan hökumətinin tərkibində hazırkı mərhələdə dəyişikliklər gözlənilmir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının baş ofisində keçirilmiş parlament çoxluğunun iclasından sonra məlum olub.

İclasda hökumətdə dəyişikliklərlə bağlı məsələnin müzakirə olunmadığı bildirilib. Toplantıda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili və parlament çoxluğunun üzvləri iştirak edib.


Qeyd edək ki, bu gün səhər Gürcüstanın yerli KİV-i baş nazir Girorgi Kvirikaşvili və bir neçə nazirin istefa verəcəyi ilə bağlı xəbər yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR