DGK 2 il yarımda 3,7 mln. dolların ölkədən qanunsuz çıxarılmasının qarşısını alıb

DGK 2 il yarımda 3,7 mln. dolların ölkədən qanunsuz çıxarılmasının qarşısını alıb
# 13 iyun 2018 13:32 (UTC +04:00)

"Ölkədə 2016, 2017 və bu ilin yanvar-may ayları ərzində 3 milyon 742 min ABŞ dollarının ölkədən qanunsuz çıxarılmasının qarşısı alınaraq müsadirə edilib".

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük sayəsində hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ölkədən qanunsuz yollar 465 min avronun çıxarılmasının qarşısı alınıb: “Bu müddət ərzində 4 kiloqrama yaxın qızıl və 50 kiloqramdan çox gümüş aşkarlanıb".

O qeyd edib ki, müsadirə olunan mallar arasında civə də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR