Bərdədə avtomobillə 59 yaşlı kişini vuran sürücü qaçıb

Bərdədə avtomobillə 59 yaşlı kişini vuran sürücü qaçıb
# 14 iyun 2018 13:13 (UTC +04:00)

Bərdədə yolu keçən 59 yaşlı kişini maşın vurub.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Təzə Bazar adlanan ərazidə baş verib. Rayonun Şörəli kənd sakini Axundov Habil Sabir oğlu yolu keçən zaman avtomobillə vurulub.

Sürücü piyadanı vurandan sonra avtomobillə hadisə yerindən qaçıb.

Xəsarət alan H.Axundov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun bud sümüyünün sındığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR