Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri istirahətsiz işləyəcək

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri istirahətsiz işləyəcək
# 14 iyun 2018 13:58 (UTC +04:00)

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri istirahətsiz işləyəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR