Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
# 14 iyun 2018 14:00 (UTC +04:00)

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yanıqlı kəndi ərazisində hərəkətdə olan “Niva” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Paşayev Fəxrəddin Xaləddin oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR