Nazir müavini: "Azərbaycanın aqrobioloji müxtəlifliyi dünya ölkələri üçün əhəmiyyətli genetik mənbədir"

Nazir müavini: "Azərbaycanın aqrobioloji müxtəlifliyi dünya ölkələri üçün əhəmiyyətli genetik mənbədir"
# 29 iyun 2018 08:42 (UTC +04:00)

"Milli aqrobioloji müxtəlifliyimiz nəinki ölkəmiz, eləcə də dünya ölkələri üçün əhəmiyyətli genetik mənbədir".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Qlobal Əhəmiyyətli Aqrobioliji Müxtəlifliyin Qorunması və Davamlı İstifadəsi" layihəsi" seminarında kənd təsərrüfatı nazirin müavini Seyfəddin Talıbov deyib.

Ölkənin davamlı və dayanıqlı inkişafının mövcud təbii ehtiyatların səmərəli istifadəsindən asılı olduğunu vurğulayan nazir müavini genetik ehtiyatların kənd təsərrüfatının inkişafında, xüsusilə seleksiya proqramlarının icra edilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR