"İxtisaslaşmış (xəbər) televiziya kanalının yerüstü yayımı sentyabr-oktyabr aylarına planlaşdırılır".
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
O bildirib ki, ixtisaslaşmış (xəbər) televiziya kanalı ARB 24 adı altında peykdən yayımlanır: "ARB 24-ün yerüstü yayımı isə sentyabr-oktyabr aylarında 31-ci TV yayım kanalında aparılacaq. Hazırda 31-ci TV kanalında CBC Sport HD və Xəzər TV HD yayımlanır".
Şöbə müdiri qeyd edib ki, hazırda TV vericisinin gücü 1 kVt-dır: "Xəbər telekanalı fəaliyyətə başlayana qədər bu güc 2 kVta qədər artırılacaq".
Qeyd edək ki, MTRŞ “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
MTRŞ yeni xəbər telekanalının yerüstü yayıma başlayacağı vaxtı açıqlayıb
29 iyun 2018 10:15 (UTC +04:00)
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024