Məşhur aktrisa Trampa qarşı etiraz aksiyasında saxlanılıb

Məşhur aktrisa Trampa qarşı etiraz aksiyasında saxlanılıb
# 29 iyun 2018 14:51 (UTC +04:00)

Məşhur amerikalı aktrisa, 71 yaşlı Suzan Sarandon polis tərəfindən saxlanılıb.

APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, S. Sarandon iyunun 28-də Vaşinqtonda Trampın antimiqrasiya siyasətinə qarşı keçirilmiş etiraz aksiyası zamanı qanunu pozmaqda ittiham olunur. “Həbs edildim. Güclü olun və mübarizəyə davam edin”, - deyə aktrisa şəxsi “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, aktrisanın qatıldığı qadınlar aksiyayı miqrant uşaqların ailələrindən ayrılmasına qarşı yönəlib. Martın ortalarında Tramp ailələrindən uzaqlaşdırılmış uşaqları Texas və Arkansasdakı hərbi bazalara göndərməyi təklif edib. Bildirilir ki, bu, sərhədi qeyri-qanuni keçməyə çalışan miqrantlara qarşı "sıfır tolerantlıq" siyasətində bir addım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR