Stiven Mnuçin: “ABŞ ÜTT-dən çıxmayacaq”

Stiven Mnuçin: “ABŞ ÜTT-dən çıxmayacaq”
# 29 iyun 2018 19:29 (UTC +04:00)

ABŞ Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxmaq niyyətində deyil.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

“Prezident Trampın Ümumdünya Ticarət Təşkilatı ilə bağlı iradları var. O Təşkilatda ədalətsiz aspektlərin mövcudluğu, Çin və digər ölkələrin bundan öz maraqları üçün istifadə etməsindən narahatdır. Lakin biz azad ticarətin tərəfdarıyıq”, deyə S.Mnuçin qeyd edib.

Bundan əvvəl “Axios” nəşri xəbər verib ki, ABŞ Ümumdünya Ticarət Təşkilatını tərk etmək niyyətindədir və bununla əlaqədar prezident Donald Tramp müşavirləri ilə məsləhətləşmələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR