Kərim Vəliyev: "Ermənistanda baş verənlər göstərdi ki, işğalçı rejim məhz aprel döyüşlərindən sonra sarsıldı”

Kərim Vəliyev: "Ermənistanda baş verənlər göstərdi ki, işğalçı rejim məhz aprel döyüşlərindən sonra sarsıldı”
# 30 iyun 2018 11:23 (UTC +04:00)

“Azərbaycan Ordusu iyunun 26-da keçirilən hərbi paradda öz gücünü dünyaya nümayiş etdirdi”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərlə görüşündə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib. Nazir müavini qeyd edib ki, ölkə başçısı tərəfindən Azərbaycan Ordusunda aparılan islahatlar artıq öz müsbət təsirini göstərir: “Bu gün bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Düşmən ordumuzun gücünü hiss edir və böyük təlaş içərisindədir. Aprel döyüşlərində biz ermənilərə gözləmədikləri zərbəni vurduq və düşmənin bel sütununu sındırdıq. Ermənistan rəhbərliyi əvvəlcə məğlubiyyətlərini etiraf etmək istəmirdilər. Lakin sonra Ermənistanda baş verən hadisələr göstərdi ki, işğalçı rejim məhz aprel döyüşlərindən sonra sarsıldı. Əgər Ermənistan aprel döyüşlərində məğlub olmamışdısa, onların hərbi rəhbərliyi niyə dəyişdi? Ermənistanın müdafiə nazirinin keçmiş müavini Qriqoryanın həbs edilməsi və ortaya çıxan faktlar düşmən ordusundakı xaosu hamıya nümayiş etdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR