Bakıda Koreya mətbəxi festivalı keçirilib

Bakıda Koreya mətbəxi festivalı keçirilib
# 02 iyul 2018 09:20 (UTC +04:00)

Bakıda Koreya mətbəxi adlı festival keçirilib.

APA-nın xəbərinə görə, Koreya Respublikası səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirə dövlət rəsmiləri və yüksək səviyyəli qonaqlar qatılıb.

Tədbir zamanı Koreyanın milli mətbəxinə aid Galbijjim, Dakgalbi, Kimçi kimi yeməklərini, Koreyanın milli spirtli içkisi olan Makgeolli likyoru qonaqlara təqdim edilib.

Səfir Kim Çanq-qyu koreyalı aşpazların səfərinin və bu festivalın keçirilməsinin mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini vurğulayıb. Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, baş kulinar Tünzalə Məmmədzadə isə çıxışında Azərbaycan və Koreya kulinariya assosiasiyaları arasında münasibətlərin inkişafı haqqında fikirlərini açıqlayıb.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR