Lavrov amerikalı senatorları qəbul edib

Lavrov amerikalı senatorları qəbul edib
# 03 iyul 2018 13:27 (UTC +04:00)

ABŞ Senatının nümayəndə heyəti Rusiyada səfərdədir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiyanın xarici işlər naziri senatorları qəbul edib.

Görüş zamanı S. Lavrov səfərinin iki ölkənin parlamentləri arasında münasibətlərin bərpasına gətirib çıxaracağına ümid etdiyini söyləyib: "Parlamentarlar öz dövlətlərinin maraqlarını təmsil edən və ölkənin bütün guşələrindən birbaşa seçilən insanlardırlar. Şübhəsiz ki, onlar öz dövlətlərinin və xalqlarının əhval-ruhiyyəsini əks etdirirlər. Eyni zamanda, parlamentarların başqa bir funksiyası da var. Onlar öz bəyanatları, fəaliyyətləri və səlahiyyətləri ilə əhval-ruhiyyəni formalaşdırırlar. Fikrimcə, parlamentlərarası dialoqun bərpa olunması iki həftə sonra Helsinkidə baş tutacaq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasındakı görüşün kontekstində çox vaxtında atılmış bir addımdır”.

Qeyd edək ki, Rusiya XİN başçısı ilə ABŞ Senatının nümayəndələri arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, perspektivləri və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunub.

Nümayəndə heyətinin üzvü, senator Riçard Şelbi deyib ki, Vaşinqton Moskvaya düşmən kimi deyil, superderjava kimi baxmalıdır. Onun sözlərinə görə, hazırda Moskva və Vaşinqton arasında münasibətlər sadə deyil: "Bəli, biz rəqib ola bilərik, lakin bu, düşmən olmaq mənasına gəlmir”.

R. Şelbi S. Lavrovla görüşdə ciddi məsələlər barədə müzakirələr apardıqlarını qeyd edib: "Əsas müzakirə mövzusu qarşıdan gələn Tramp və Putin görüşü oldu. Baxaq görək, görüş necə keçəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR