Müdafiə Nazirliyi: Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

Müdafiə Nazirliyi: Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub
# 04 iyul 2018 08:48 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR