Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 09 iyul 2018 09:07 (UTC +04:00)

Azərbaycan XİN Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək: “Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq”.

***

11:02

İyulun 11-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olacaq.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, münaqişənin həli ilə bağlı ümid həmişə var.

Qeyd edək ki, bu, E. Məmmədyarovun Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ilk görüşü olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR