İyunda 0,7%-lik deflyasiya qeydə alınıb

İyunda 0,7%-lik deflyasiya qeydə alınıb
# 10 iyul 2018 11:11 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3%, qeyri-ərzaq mallarının qiymətləri 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Bu ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3% aşağı düşməsinə səbəb olub.

Ay ərzində manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun əti, qatıq, pendir, kərə yağı, albalı, gilas, alça, ərik, çiyələk, pomidor, xiyar, badımcan, göy lobya, soğan, kartofun qiymətlərində ucuzlaşma, düyü, mal və toyuq əti, yumurtan, zeytun, günəbaxan və qarğıdalı yağları, göyərti, şəkər tozu, dondurma, qara və yaşıl çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR