Ağcabədidə iki "VAZ" toqquşub, 3 nəfər xəsarət alıb

Ağcabədidə iki "VAZ" toqquşub, 3 nəfər xəsarət alıb
# 10 iyul 2018 20:23 (UTC +04:00)

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Boyat kəndi ərazisində baş verib.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva İlahə Elxan qızı, 1995-ci il təvəllüdlü Vəliyeva Xədicə Abbas qızı və 2018- ci il təvəllüdlü Vəliyev Famil Sadiq oğlu müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR