​Oğlunun qətlində təqsirləndirilən 68 yaşlı şəxsə hökm oxunub

​Oğlunun qətlində təqsirləndirilən 68 yaşlı şəxsə hökm oxunub
# 26 aprel 2024 15:29 (UTC +04:00)

Bakıda oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən Ramiz İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Ramiz İsrafilovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin aprelində Yasamal rayonu ərazisində qeydə alınıb.

1956-cı il təvəllüdlü Ramiz İsrafilov aralarında yaranmış mübahisə zamanı oğlu 1990-cı il təvəllüdlü Kamran İsrafilovu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramiz İsrafilov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR