Ağcabədidə baş verən yol qəzasında bir nəfər ölüb

Ağcabədidə baş verən yol qəzasında bir nəfər ölüb
# 11 iyul 2018 07:51 (UTC +04:00)

Ağcabədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Bəhramtəpə-Mingəçevir yolunda qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı yük maşını qarşıdan gələn 1950-ci il təvəllüdlü Quliyev Əli Zaman oğlunun idarə etdiyi VAZ markalı avtomobillə toqquşub. Nəticədə VAZ-da olan Tovuz rayon sakini, 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlu hadisə yerində keçinib. Avtomobildə olan digər sərnişin, 1968-ci il təvəllüdlü Əsgərov İsmayıl Məhərrəm oğlu və sürücü Ə. Quliyev isə müxtəlif bədən xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Ə. Quliyevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR