Xəzər dənizi vasitəsilə Azərbaycana qanunsuz yolla yük gətirilməsi cəhdinin qarşısı alınıb

Xəzər dənizi vasitəsilə Azərbaycana qanunsuz yolla yük gətirilməsi cəhdinin qarşısı alınıb
# 11 iyul 2018 12:08 (UTC +04:00)

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, gömrük əməkdaşları İrandan Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycanın gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98120 kq ağ sement və 24500 kq polietilen yükləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR