Pentaqon: Rusiya Ukraynadakı separatçılara dəstək verir

Pentaqon: Rusiya Ukraynadakı separatçılara dəstək verir
# 26 avqust 2014 11:05 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiyanın özü Ukraynada gərginliyi artıran addımlar atmaqda davam edir, ağır texnikanı sərhəddən keçirir.

APA-nın ABŞ Müdafiə Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Departamentinin mətbuatla iş şöbəsinin direktoru polkovnik Stiven Uorren deyib.

S. Uorren yaranmış durumun narahatlıq doğurduğunu, ölkəsinin Rusiyanı münaqişənin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyət göstərməyə çağırdığını deyib. O, Ukraynaya ən böyük hərbi texnika yükün təxminən iki həftə əvvəl daxil olduğunu və 100 vaqondan ibarət olduğunu qeyd edib. S. Uorren bildirib ki, bu hərbi yük əsasən tanklardan ibarət olub.

“Bu göstərir ki, Rusiya Ukraynadakı separatçılara çox yaxından dəstək verirlər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR