TQDK tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib

TQDK tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib
# 10 mart 2015 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib.

TQDK-nın mətbuat xidmətindən bununla bağlı yayılan açıqlamada bildirilib ki, komissiya martın 15-də rezidenturaya qəbul imtahanı və peşə liseylərinin məzunları üçün buraxılış imtahanları keçirəcək. Bununla əlaqədar olaraq komissiya tərəfindən zona müşavirələrinin başqa vaxtda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, TQDK tərəfindən respublikanın 9 rayonunda 2014/2015-ci tədris il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinin keçirilməsi nəzərdə tutulurdu. Zona müşavirələrinin Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacağı açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR