ETSN: Bu gecə yağıntılar Lənkəran-Astara zonasında intensiv və güclü olub

ETSN: Bu gecə yağıntılar Lənkəran-Astara zonasında intensiv və güclü olub
# 30 sentyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 29-u gündüzdən 30-u səhərədək müşahidə olunan faktiki hava şəraitini açıqlayıb.

Departamentdən APA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 29-u günün birinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, 29-u səhərədək güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib, şimşək çaxıb, yağış yağıb, əsasən Lənkəran-Astara zonasında intensiv və güclü olub.


Ən çox yağıntı Daşdatük məntəqəsində (Lənkəran) 88, Lənkəranda 52 (aylıq normanın 31 faizi), Astarada 51 (aylıq normanın 26 faizi), Lerikdə 19, Yardımlıda 18, Rvarudda (Lerik) 17 mm olub.


Lənkəran-Astara zonasında 1-5, Böyük Qafqazda 1-10, Kiçik Qafqazda 1-8, Mərkəzi Aran rayonlarında 1-11, Qazax-Gəncə zonasında 1-4, Naxçıvan MR-də 3, Bakıda və Abşeron yarımadasında isə 0.4-0.6 mm təşkil edib.


Şimal-qərb küləyi bəzi rayonlarda güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib. Çaylarda sululuq artıb, Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 2-5, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-65 sm artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR