Britaniyanın sabiq naziri “Many Happy Returns” tədbirinə dəstəyini ifadə edib - FOTO

Britaniyanın sabiq naziri “Many Happy Returns” tədbirinə dəstəyini ifadə edib - <span style="color: red;">FOTO
# 08 iyul 2014 12:43 (UTC +04:00)

Bakı - APA. Böyük Britaniya Leyborist Partiyasının ölkə parlamentindəki üzvü Jerri Sütklif www.manyhappyreturnsidp.com saytında “Many Happy Returns” kampaniyasına öz dəstəyini bildirib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA_ya verilən məlumata görə, Jerri Sütklif sonuncu Leyborist hökumətində davamlı və nəzərə çarpan siyasi karyeraya malik olub. O, ədliyyə və idman naziri olmaqla yanaşı, Ticarət və Sənaye Departamentində yüksək vəzifələrdə çalışıb.

J.Sütklif öz mövqeyini belə şərh edib: “Mən azərbaycanlı qaçqın və məcburi köçkünlərin dərdinə şərikəm. Ümid edirəm ki, "Many Happy Returns" tədbiri onlara dəstək olacaq”.

Xatırladaq ki, “Many Happy Returns” kampaniyası TEAS-ın dəstəyi ilə britaniyalıların təşəbbüsü kimi ortaya çıxıb. Bu kampaniya Ermənistan-Azərbaycan münaqişəsinin qurbanı olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə biganə qalmamağa yönəlib. Tədbirin adı ingilis təbrikindən götürülüb və öz doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaq istəyini xatırladır.

Saytda Azərbaycanın 76 bölgəsində yerləşən qaçqın və məcburi köçkün düşərgələrinin yalnız üçündə tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotoşəkillər yerləşdirilib. www.manyhappyreturnsidp.com veb-səhifəsi cəmiyyətə “BMT-nin Ümumdünya Qaçqınlar günü”nün “Ümumdünya Qaçqın və Məcburi Köçkünlər günü” kimi tanınmasını dəstəkləməyə imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR