Natiq Əliyev: “Azərbaycanın 7 milyon meqavata yaxın enerji istehsal etmək gücü var”

Natiq Əliyev: “Azərbaycanın 7 milyon meqavata yaxın enerji istehsal etmək gücü var”
# 20 oktyabr 2014 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın elektrik enerjisi sistemi uğurla inkişaf edir.

APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərenerji” ASC-də energetiklərin peşə bayramı gününə həsr olunan tədbirdə səhmdar cəmiyyətin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir: “Azərbaycanda müstəqil elektrik enerji sisteminin formalaşması, dövlətin enerji təhlükəsizliyinin təmin olunması Heydər Əliyev adı ilə bağlıdır. “Ümumiyyətlə, onun rəhbərliyi ilə 30 il ərzində ölkənin energetika sistemində 3 500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilib və beləliklə də enerji sistemin real imkanları iki dəfədən çox artırılıb”.

E. Pirverdiyev deyib ki, milli enerji sisteminin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən prezident İlham Əliyev hakimiyyəti dövrü 2004-2008-ci və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, respublikada elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində dövlətin başçısının göstəriş və tapşırıqlarının yerinə yetirilməsi ilə əlamətdardır: “Bu gün ölkənin enerji sistemi inkişaf edir. Enerji sisteminin inkişaf etməsi iqtisadiyyata bağlıdır. İqtisadiyyatın güclü olması enerji sisteminə də böyük təsir edir. Azərbaycanda müasir standartlara uyğun olan İstilik Enerji Stansiyaları tikilir. Ölkəmizdə həmçinin yarımstansiyaların sayı da artmaqdadır. İki gün bundan əvvəl prezident İ. Əliyev Goranboyda bir yarımstansiyanın açılışını edib. Bu yarımstansiya ölkəmizdə tikilən 7-ci yarımstansiya sayılır”.

Təbirdə həmçinin Azərbaycanın energetika naziri Natiq Əliyev müasir dünyada enerji təhlükəsizliyinin önəmindən danışıb. O, Azərbaycanın bu təhlükədən xilas olduğunu vurğulayıb: “Azərbaycan müstəqil öz enerji siyasətini həyata keçirir”.

Nazir Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq enerji layihələrindən danışıb. N. Əliyev qeyd edib ki, bu gün Azərbaycanın 7 milyon meqavata yaxın enerji istehsal etmək gücü var: “Bu enerjinin hamısı istehsal olunmur və bu enerjinin böyük əksəriyyəti rezerv olaraq saxlanılır. Gələcəkdə isə Azərbaycan xarici ölkələrə də enerji satmaq niyyətindədir”.

Tədbir iştirakçıları prezident İ. Əliyev tərəfindən bir qrup energetikin fəxri adlar və medallarla təltif edilməsi ilə əlaqədar minnətdarlıqlarını bildirdilər.

Sonra “Azərernerji” ASC-nin kollektivi adından prezidentə müraciət qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR