ARDNŞ aktivlərini son bir ildə 5% artırıb

ARDNŞ aktivlərini son bir ildə 5% artırıb
# 08 iyul 2014 12:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) aktivləri 5,4% artaraq 23 mlrd. 46 mln. manata çatıb.

APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ-in 2013-cü ilin beynəlxalq maliyyə hesabatları standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Ötən il şirkətin uzunmüddətli aktivləri 7,6% artaraq 15 mlrd. 99 mln. manat olub. Şirkətin qısamüddətli aktivləri isə 1,4% artaraq 7 mlrd. 947 mln. manat təşkil edib.

2013-cü ildə ARDNŞ-in kapitalı 4,5% artaraq 10 mlrd. 299 mln. manat, şirkətin nizamnamə kapitalı isə 21,2% artaraq 1 mlrd. 315 mln. manata çatıb. Bu müddət ərzində ARDNŞ-in bölüşdürülməmiş ümumi mənfəəti 4,2% artaraq 7 mlrd. 554 mln. manata bərabər olub.

2013-cü ildə şirkətin öhdəlikləri 6,7% artaraq 12 mlrd. 817 mln. manat, bu ilin əvvəlinə Dövlət Neft Şirkətinin uzunmüddətli öhdəlikləri 15,6% artaraq 4 mlrd. 906 mln. manat, cari öhdəlikləri isə 1,7 dəfə artaraq 7 mlrd. 911 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR