“Bank of Baku” 20 illiyinə həsr olunan yeni imic çarxını təqdim edib

“Bank of Baku” 20 illiyinə həsr olunan yeni imic çarxını təqdim edib
# 15 oktyabr 2014 07:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank of Baku” bu il qeyd etdiyi 20 illik yubileyinə həsr olunmuş yeni imic çarxını təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, İdarə Heyəti sədrinin müavini Zaur Qaraisayev qeyd edib ki, yeni imic çarxı vasitəsi ilə bank daxilən kim olduğunu çatdırmaq istəyib: “Bank of Baku” yarandığı gündən müəyyən daxili mədəniyyətə malikdir, əməkdaşlar arasında isti ab-hava var, müştərilərimizə və partnyorlarımıza daim açıq və yaxın olmuşuq. Bunlar çox isti və səmimi hisslər yaradır. Məhz bu hisslərlə bizim çarxımızda bölüşməyə çalışdıq. Süjetdə bir gəncin bu günkü nailiyyətləri barədə və bunların əldə edilməsində atasının təsiri göstərilmişdir. Bankın əsas mənəvi dəyərlərini əks etdirən ata nəsihətləri hər bir Azərbaycanlıya yaxındır. Əminəm ki, carxı izləyən hər kəs özünə aid bir duyğu tapacaq. Fürsətdən istifadə edərək bu çarxın ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm”.

İmic çarxının ssenarisi, Bank tərəfindən verilmiş ideya əsasında tanınmış “Cinealliance” prodakşn şirkəti tərəfindən hazırlanmış və Aleksey Lamaxın rejissorluğu altında çəkilişlər aparılıb. Yüksək peşəkarlıqla işin öhdəsindən gələn çəkiliş qrupu və aktyorlara bank dərin təşəkkürlərini bildirib.

"Bank of Baku”nun video çarxı:

https://www.youtube.com/watch?v=f_cDNWBefqw&feature=youtu.be

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR