“İrəli” könüllülük akademiyası layihəsinə başlayacaq

“İrəli” könüllülük akademiyası layihəsinə başlayacaq
# 14 dekabr 2014 21:15 (UTC +04:00)

Bakı-APA. Sabah “İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Say: Support of Azerbaijan Youth” hərəkatı adı altında könüllülük akademiyası layihəsinə başlayacaq.

Birlikdən APA-ya verilən məlumata görə, könüllülük akademiyası Qubada həyata keçiriləcək.

Tədbirin məqsədi beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək, həmçinin Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılmasıdır.

Layihdə 100 nəfər gəncin iştirakı planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR