Cevdet Yılmaz: Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” şüarına uyğun olaraq yoluna davam edəcək

Cevdet Yılmaz: Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” şüarına uyğun olaraq yoluna davam edəcək
# 08 may 2024 17:07 (UTC +04:00)

Qarabağın işğaldan azad edilməsi tarixi Zəfər və uğurdur.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticələrinə dair mətbuat konfransı zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O qeyd edib ki, iki ölkə hər zaman olduğu kimi, “bir millət, iki dövlət” şüarına uyğun olaraq yoluna davam edəcək. Cevdet Yılmaz Azərbaycanın Türkiyənin zəlzələ baş verən bölgələrinə göstərdiyi yardımı da yüksək qiymətləndirərək, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR