Şəkidə 21 yaşlı oğlan intihara cəhd edib

Şəkidə 21 yaşlı oğlan intihara cəhd edib
# 04 mart 2015 07:01 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda intihara cəhd olunub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23:30 radələrində Şəki şəhəri 15-ci rayon 20 Yanvar küçəsi ev 2 ünvanında qeydə alınıb. 1994-cü il təvəllüdlü, Elnur Əli oğlu İsmayılov hələ ki istintaqa məlum olmayan səbəbdən özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asaraq intihar etmək istəyib. Ailə üzvləri tərəfindən son anda xilas edilən 21 yaşlı gənc ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şəki RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elnur İsmayılova lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR