Azər Əliyev: “Azərbaycan Prezidentinin çıxışı biz gənclər üçün yol xəritəsidir”

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri  Azər Əliyev, Prezident İlham Əliyev tərəfindən mükafatlandırma mərasimində

© APA | Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Prezident İlham Əliyev tərəfindən mükafatlandırma mərasimində

# 05 fevral 2022 16:44 (UTC +04:00)

“2 Fevral Gənclər günü ilə əlaqədar keçirilən Gənclər Forumunda Azərbaycan Prezidentinin çıxışı, tövsiyələri biz gənclər üçün bir yol xəritəsi idi”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev bildirib.

A. Əliyev deyib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası artıq 26 ildir ki, fəaliyyət göstərir və ətrafında 143 gənclər təşkilatını birləşdirir: “Milli Şura olaraq əsas missiyamız və məqsədimiz gənclər təşkilatlarının inkişafı və koordinasiyasıdır ki, bu da dolayısı yolla gənclərə təsir edir. Çünki gənclər təşkilatları nə qədər potensiallı olsalar, birbaşa gənclərin inkişafına töhfə vermiş olacaqlar. Biz daima üzv və tərəfdaş gənclər təşkilatları ilə koordinasiyalı şəkildə çalışıb gənclər üçün faydalı görüşlər və layihələr həyata keçirməklə onların inkişafına şərit yaratmışıq. 2 Fevral Gənclər günü ilə əlaqədar keçirilən Gənclər Forumunda Azərbaycan Prezidentinin çıxışı, tövsiyələri isə biz gənclər üçün bir yol xəritəsi idi. Bu görüşdən sonra gənclər olaraq bizim qarşımızda dayanan əsas vəzifə milli, mənəvi dəyərlərimizə söykənərək daima Vətənimizin inkişafı, gələcək nəsillərin rifahı üçün çalışmaqdan ibarət olmalıdır”.

A. Əliyev qeyd edib ki, 2 Fevral Azərbaycan Gəncləri Gününün 25 illiyində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncamına əsasən Prezident mükafatı ilə təltif edilməyi onun üçün çox sevindirici və qürurverici bir hissdir: “Fəaliyyətimin dəyərləndirildiyi üçün cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Belə bir ali mükafatla təltif olunmaq və görülən işlərə şəxsən Prezident tərəfindən qiymət verilməsi bir gənc olaraq mənim üçün çox şərəfli hissdir və keçirdiyim hissləri sözlərlə ifadə etmək çətindir. Hesab edirəm ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Bu gün tam əminliklə deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən miras qoyulan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən gənclər siyasəti indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncləri isə öz növbəsində bu qayğını yüksək qiymətləndirir, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin ətrafında birləşirlər. Aparılan siyasətin, görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb və qazanmağa davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR