Qəbələdə Dünya Kuboku yarışlarında Koreya idmançıları tapançadan atəş açma üzrə iki medal qazanıb

 Qəbələdə Dünya Kuboku yarışlarında Koreya idmançıları tapançadan atəş açma üzrə iki medal qazanıb
# 11 avqust 2015 10:26 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 11-də kişilər arasında tapançadan 50 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi keçirilib. Yarışda Koreya və Çin idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Koreya idmançılarından ikisi mükafat qazanıb. Yarışda Mai Jiajey (Çin) 194.7 xalla birinci, Park Daohen (Koreya) 191.4 xalla ikinci, Kim ÇenqYonq (Koreya) 169.9 xalla üçüncü yeri tutub. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, 4 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 10 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qəbələdəki Dünya Kuboku yarışları həmin olimpiya oyunlarına 34 lisenziya verəcək. Hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışları keçirilir. Atıcılığın 17 növ üzrə keçirilən bu yarışda 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR