Misir ordusu Sinay yarımadasında 100 silahlını məhv edib

Misir ordusu Sinay yarımadasında 100 silahlını məhv edib
# 02 iyul 2015 02:20 (UTC +04:00)

Bakı-APA. Misir ordusu Sinay yarımadasının şimalında keçirdiyi əməliyyat zamanı 100 silahlını məhv edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, döyüşlərdə 17 hərbçi həlak olub.

Hərbi əməliyyat silahlıların Şeyx Zuveyd və Rəfah şəhərlərində hərbçilərə qarşı törətdikləri hücumlara cavab olaraq keçirilib.

Əməliyyata hərbi-hava qüvvələri – döyüş helikopterləri və qırıcı təyyarələri də cəlb olunub. Əməliyyat zamanı terrorçulara məxsus 20-dək nəqliyyat vasitəsi sıradan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR