Bakıda polis maşını qəzaya uğrayıb

Bakıda polis maşını qəzaya uğrayıb
# 03 sentyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda polis maşını qəzaya düşüb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İzmir küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri – Vəfa Paşayevanın idarə etdiyi “Mercedes”, Nurəddin Hüseynovun idarə etdiyi “Mercedes” makalı avtomobillər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Eldəniz Kərimovun idarə etdiyi “Volsvagen” markalı, 10 AP 939 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR