Bakıda minik avtomobili avtobusla toqquşub, ölən var

Bakıda minik avtomobili avtobusla toqquşub, ölən var
# 10 iyul 2015 14:25 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bilgəh qəsəbəsində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Ramiz İsmayılov idarə etdiyi VAZ 21011 markalı avtomobillə Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR