İsraildə terror aktları hazırlamaqda şübhəli bilinən ABŞ vətəndaşı həbs olunub

İsraildə terror aktları hazırlamaqda şübhəli bilinən ABŞ vətəndaşı həbs olunub
# 09 dekabr 2014 21:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsrailin Ədliyyə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, müvafiq ittiham ötən gün İsraildə vaxtı ötmüş viza ilə qalan 30 yaşlı Texas sakini Adam Liviksə irəli sürülüb.

Nazirliyin məlumatında qeyd olunub ki, Adam Liviks İsrail ordusunun əsgəri olan otaq qonşusundan silah və 1,4 kq partlayıcı maddə əldə etməyə çalışıb.

Polis Adam Liviksi Netaniya şəhərində saxlanılarkən qaçmağa çalışıb. Belə ki, o, qəfil 7-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən aşağı mərtəbədəki mənzilin eyvanına tullanaraq qaçmağa cəhd edib, lakin polis tərəfindən saxlanılıb.

Adam Liviksiyə qarşı qanunsuz silah dövriyyəsində iştirak, polis əməkdaşlarına müqavimət və miqrasiya qanunvericiliyinin pozulması kimi ittihamlar irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR