Kərkükdə terror aktı nəticəsində 4 nəfər ölüb

Kərkükdə terror aktı nəticəsində 4 nəfər ölüb
# 25 iyun 2014 22:12 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze şəhərin mərkəzi bazarı yaxınlığında özünü partladıb.

Ölənlər arasında iki nəfər kürd hərbçisi olub. Qeyd edək ki, bu, kürd təhlükəsizlik qüvvələrinin Kərkükü nəzarət altına almasından sonra ilk terror aktıdır. Xatırladaq ki, İraqın hökumət qüvvələri terrorçularla döyüşlərdən sonra şəhəri tərk etmək məcburiyyətində qalmışdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR