TQDK 1 və 3-cü siniflər üzrə dərsliklərin monitorinqini başa çatdırıb

TQDK 1 və 3-cü siniflər üzrə dərsliklərin monitorinqini başa çatdırıb
# 20 fevral 2013 13:47 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, monitorinq nəticəsində 1-ci sinif üzrə 2 fəndən (“Azərbaycan dili”, “Riyaziyyat”), 3-cü sinif üzrə isə 3 fəndən (“Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi”) dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qalan fənlər üzrə müəyyən çatışmazlıqlar olsa da, onların üzərində təkmilləşdirmə işlərinin aparılması məqsədəuyğun hesab edilib: “Bu dərsliklər istifadəyə uyğundur. Sadəcə, gələcək nəşrlərdə təkmilləşdirmə aparılmalıdır”.

E. Nağızadə hazırda TQDK tərəfindən 4-cü sinif dərsliklərinin monitorinqinin aparıldığını, 2-ci sinif dərsliklərinin monitorinqinə isə yaxın günlərdə başlanacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR