Nazir müavini: "Orqan nəql olunmuş şəxslərin dərman təchizatı dövlətin hesabına həyata keçirilir”

Nazir müavini: "Orqan nəql olunmuş şəxslərin dərman təchizatı dövlətin hesabına həyata keçirilir”
# 01 iyun 2016 08:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu gün Azərbaycanda 620 orqan nəql olunmuş şəxsin dərman preparatları ilə təchizatı tamamilə dövlətin vəsaiti hesabına həyata keçirilir”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O qeyd edib ki, bu gün Bakı və regionlardakı 35 hemodializ mərkəzində 3000-ə qədər xəstə hemodializ seansları alır.

Nazir müavini əlavə edib ki, artıq transplantasiya əməliyyatlarının regionlarda da keçirilməsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR