Toplum TV-nin əməkdaşı Cavid Ramazanov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.
“İştirakı ilə zəruri istintaq hərəkəti keçirilməsi üçün Cavid Ramazanov şahid qismində dəvət olunub”, - İbrahim Əmiraslanlı deyib.