II Yelizaveta 87 yaşını təmtəraqsız keçirəcək

II Yelizaveta 87 yaşını təmtəraqsız keçirəcək
# 20 aprel 2013 23:54 (UTC +04:00)

Bakı-APA. Aprelin 21-də Böyük Britaniya kraliçası II Yelizaveta ad gününü qeyd edəcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, kraliça 87 yaşını Vindzor qəsrində yaxınlarının və qohumlarının ətrafında keçirmək niyyətindədir.

XVIII-ci əsrdən davam edən ənənəyə görə, Britaniyada monarxın ad günü ildə iki dəfə qeyd olunur. İkinci bayram artıq dövlət səviyyəsində yayda qeyd olunacaq. Bu onunla bağlıdır ki, Britaniya hökmdarları həmişə əhalinin şənliklərdə yaxşı hava şəraitində iştirak etməsini arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR