Türkiyə rəhbərliyi Hatayda baş vermiş terrora münasibət bildirib

Türkiyə rəhbərliyi Hatayda baş vermiş terrora münasibət bildirib
# 11 may 2013 15:40 (UTC +04:00)

Bakı – APA. Türkiyə rəhbərliyi ölkənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilən terror aktına münasibət bildirib. APA-nın xəbərinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan təxminən 20 nəfərin öldüyünü və 46 nəfərin yaralandığını, yaralılardan bəzilərinin durumunun ağır olduğunu açıqlayıb: “Hazırda Hatay valisi və bölgədəki kəşfiyyat orqanlarımız hadisəni araşdırır. Mən Reyhanlıdakı qardaşlarımıza mesaj vermək istəyirəm. Ölkəmiz kürd məsələsi ilə əlaqədar “həll prosesi” adlandırılan yeni bir dövrə qədəm qoyub. Bu yeni mərhələni həzm etməyənlər təəssüf ki, bu cür terror aksiyalarına əl ata bilər. Hatayda suriyalı qaçqınlar var. Çox həssas və diqqətli olmalıyıq. Bütün yaralılara Allahdan şəfa diləyirəm. İnşallah, bu mərhələni uğurla keçəcəyik”.

Xarici işlər naziri Əhməd Davudoğlu da olayla əlaqədar açıqlama verib. Nazir bildirib ki, Suriyadakı xaosu Türkiyəyə yaymaq istəyənlər cavablarını alacaqlar: “Bir çox provokasiya baş verə bilər. Türkiyədə sabitliyi pozmaq istəyənlər var. Kimsə bizim gücümüzü test etməyə cəhd göstərməsin. Kənardakı xaosu bizim ərazimizə keçirmək istəyənlər cavablarını alacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR