“Heydər zirvəsi”nə yürüş başa çatıb - FOTO

“Heydər zirvəsi”nə yürüş başa çatıb - <span style="color: red;">FOTO
# 13 dekabr 2014 09:55 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 9-dan 12-dək keçirilən, 150-dən çox iştirakçının qatıldığı yürüş “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində qurulmuş düşərgəyə, növbəti gün isə oradan Zirvəyə hərəkətlə davam etdirilib.

Yürüş iştirakçıları Heydər Əliyevin Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş barelyefi önünə qızılgül dəstələri düzüblər.

Xatırladaq ki, “Heydər zirvəsi”nə edilən yürüşlərin yüksək məramı, həmçinin daha da kütləviləşməsi, yürüşə qatılmaq istəyənlərin sayının ötən illərlə müqayisədə daha da çoxluğu nəzərə alınaraq, kütləvi yürüşün iştirakçıları ənənəvi olaraq milli parkların yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR