Məktəblilər üçün «Şahinlər» yay istirahət düşərgəsi təşkil ediləcək

Məktəblilər üçün «Şahinlər» yay istirahət düşərgəsi təşkil ediləcək
# 19 iyul 2014 09:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti məktəblilərin «Şahinlər» yay istirahət düşərgəsini təşkil edəcək.

Bu barədə APA-ya Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov məlumat verib.

İ. Kərimovun sözlərinə görə, artıq doqquzuncusu düzənlənən «Şahinlər» yay düşərgəsinin təşkilində məqsəd məktəblilərə hərbi-vətənpərvərlik ruhu aşılamaq, onlara qısa müddətdə hərbi həyatını yaşatmaqdır. Bu ilki düşərgəyə 250 məktəblinin göndərilməsi nəzərdə tutulur.

Düşərgə avqustun 4-də açılacaq.

Qeyd edək ki, bundan əvvəlki yay düşərgələri Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən də dəstəklənib. Düşərgədə iştirak edən uşaqlar xüsusi geyim və forma, lazımi ləvazimatlarla təmin olunub. Hərbiləşmiş düşərgələr üçün Daxili Qoşunların zabit və çavuşları təhkim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR