Hacıqabulda baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - VİDEO

Hacıqabulda baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 15:01 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax avtomobil yolunun 105-ci kilometrliyində ağır avtoqəza baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 02.55 radələrində Hacıqabul rayonu Pirsaat kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Əmirov Elmir Tağı oğlunun idarə etdiyi “Mercedes” markalı 99 BE 629 dövlət nömrə nişanlı avtomobillə Oqtay Kazımovun idarə etdiyi “HOWO” markalı 90 JO 984 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”in sərnişini, 1981-ci il təvəllüdlü Rzayev Kərim Müstəqim oğlu hadisə yerində dünyasını dəyişib, “Mercedes”in sürücüsü və digər sərnişin Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Yusifov Sərrac Oruc oğlu Şirvan şəhər Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdirilib.

Faktla başlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR