Həsən Ruhani Cenevrə danışıqlarında yaranmış fürsəti əldən verməməyə və razılaşmaya nail olmağa çağırıb

Həsən Ruhani Cenevrə danışıqlarında yaranmış fürsəti əldən verməməyə və razılaşmaya nail olmağa çağırıb
# 09 noyabr 2013 19:53 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” İran mətbuatına istinadən məlumat yayıb.

“Mən ümid edirəm ki, yaxın zamanda müsbət nəticələrə nail olmaq üçün “altılıq” İran xalqının beynəlxalq ictimaiyyətə yaratdığı unikal imkandan maksimum istifadə edəcək”, deyə İran prezidenti bildirib.

Qeyd edək ki, hazırda Cenevrədə İran və “altılıq” ölkələri arasında danışıqlar davam edir. Bir qədər əvvəl yayılan məlumata əsasən, tərəflər nüvə proqramı məsələsinə dair hələlik razılığa gələ bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR