Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək
# 19 may 2014 11:44 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov mayın 26-da Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, saat 11.30-da gerçəkləşəcək qəbulda Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin sakinləri iştirak edəcəklər.

Qəbula yazılmaq istəyən vətəndaşlar mayın 19-dan- 25-dək saat 09:00-dan 18:00-dək aşağıda adları qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Daha geniş məlumat www.mys.gov.az saytında.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR